Sevdim

Mən səni ən saf və ən təmiz ən pak və ən ülvi hisslərlə sevdim
Mən səni isti davranışdan, adi bir baxışdan, gözlərlə sevdim
Mən səni dünyalar qədər hər kəsdən fərqli sevdikcə sevdim
Mən səni çox incə incə çox illər öncə gizlincə sevdim

Necə sevdimsə mən sevgilim
Qarışıb ağlım, quruyub dilim
Səninlə bir ömrü paylaşıb
Bəxtəvərəm ömrüm

Elə sevdimki mən sevgilim
Sənə tərəf uzanıb açılıb əlim
Mən istərəm sonsuz sevgimi
Tək səninlə bölüm

Mən səni yağışlar payızı, dalğalar dənizi sevən tək sevdim
Mən səni məhz olduğun kimi, olduqca mehriban həm kövrək sevdim
Mən səni dünya yaranandan, aya həsrət qalan gün kimi sevdim
Mən səni əlbət ki sevgidən, dağları bürümüş çən kimi sevdim



Credits
Writer(s): Ferdi Guliyev
Lyrics powered by www.musixmatch.com

Link