Hesret Neğmesi

Sevgilim, sevirəm, gizlətmirəm ki
Gedirəm, həmişəlik getmirəm ki
Gəl desən, tez gələrəm
Gözümdə canlanır xəyalın yenə də
Ayrılıq dərd olub sənə də, mənə də
Öl de, sözsüz ölərəm

Ağlama, ağlama, yadlar sevinər
Anam eşidər, qəlbi üzülər
Ağlama bu həsrətin xatirinə
Buludlar dolarsa, yağışlar yağacaq
Gözümün yaşında torpaq da doyacaq
Qovuşmasaq səninlə bir-birinə

Mən səni istəyirəm
Hər zaman gözləyirəm
Həsrətə dözməyirəm, sevgilim
Mən səni istəyirəm
Hər zaman gözləyirəm
Həsrətə dözməyirəm, sevgilim

Bir kimsə yerini əyləmir əvəz
Yoxdur bir həmdəmim, ola da bilməz
Sənsən tək mənim üçün
Belə bir qanun var əzəldən, ey yar
Aşiq öz yarının eşqi ilə yaşar
Mən də tək sənin üçün

Hönkürüb ağlamaq istəyir qəlbim
Ən uca dağları aşardı dərdim
Qayıtsan tezliklə mənim yanıma
Həsrətin acısın' mən də bilirəm
Ağlama, ağlama, mən tez gəlirəm
Dönük çıxmaram mən öz peymanıma

Gəl yenə əvvəlkitək
Ömrümüz açsın çiçək
Bir-birin' xoşbəxt edək, sevgilim
Gəl yenə əvvəlkitək
Ömrümüz açsın çiçək
Bir-birin' xoşbəxt edək, sevgilim

Eşq bizim, sevda bizim
Dağ bizim, dərya bizim
Büsbütün dünya bizim, sevgilim
Eşq bizim, sevda bizim
Dağ bizim, dərya bizim
Büsbütün dünya bizim, sevgilim

Sevgilim



Credits
Writer(s): Vugar Abdulov, Rashad Bagirov
Lyrics powered by www.musixmatch.com

Link