Yorğun
Qoy bu nəğmə laylan olsun
Ağlasın, bəbəklərin yuyulsun
Körpə yuxuda qanadlansın aləm
Qoy bu nəğmə dünyam olsun
Gizlənim içində yaddaşımdan
Hər kitabəmin içində matəm
Qoy bu nəğmə leysan olsun
Soyutsun içimi ləpələriylə
Həsrət alovu yandıranda ciyərlərimi
Qoy bu nəğmə insan olsun
Mənə yaxın məndən, sevgilim olsun
Oxusun göz yaşıyla əsərlərimi
Qoy bu nəğmə əbədi qalsın
İllərin məsafəsiz axınlarında
Desinlər: "Bir dəli bunu yazdı"
Qoy bu nəğmə məktub olsun
Göndərilsin hər tənha qəlbə, yaralı ürəyə
Anlasın ki, tək deyil, piyalələr doldu
Buludlarla yağdı içimə yağışlar
Yenə də tələsib evinə qaçışacaq piyadalar
Röyadayam, ac köpəklər sümüklərimi gəmirdikcə
Sufi Dərviş güc verirdi, səbrimə, iradəmə
Minarələr səmanın üzünü tutaraq aparır içimi-çölümü
Yaradanın hüzuruna qanlı günahlarla gəldim
Parçalandı qış baharla, qar adamı da əridi səhərə
Bilmirəm, rəhm edərmi, Tanrı məni məhv edərmi?
Gözlərimlə şahid oldum, sevgilər can verəndə
Qanlı öskürəklə baxıram üzünə, ağlaya da bilmirəm
Daxmamın qarşısında kor dilənçi
Yoxdur verməyə heç nəyim, qapını bağlaya da bilmirəm
Yoruldum, atdım içimə daş, dərinliyimi bilməkçün
Əks sədası gəlmir hələ də, sonum harada?
Yüz illik yuxudan oyanmış körpə kimiyəm
Yaddaşım silindi, mən kiməm ki?
Mənim adım - Qaraqan
Gündəliklərdə vərəq qalmadı
Bitirdim neçə qələmdə mürəkkəb
Atmadım, doğmadır, saxladım
Tək göründüm hər kəsə, təkəm sandılar
Yanımdaydın, heç darıxmadım
Amma yenə də dön, yanımda cismin olsun
Bəlkə inandım ki, nəğmələrdə deyilən eşq
Bu qədər asandır
Dön, nəğmə yazacam sənin dönüşünə
Yorğun gözlərim baxır yolun sonunda
Ölümlə görüşümə gecikirəm
Qoy bu nəğmə tənha qalsın
Günəşdən ilham alsın
Ağ vərəqdə qaralansın
Batsın dərin fikirlərdə
Ürəklərdə qoy bu nəğmə
Köməyə gələn yoldaş olsun
Kədərimdən xəbər verən
Gözdən axan yaşla dolsun
Sətirlərimə sevgi qonsun
Hər insan bir mələyə dönsün
Qara donlu gecələr
Ümid gətirən səhərə dönsün
Qoy bu nəğmə gülüşüntək
Güllər açsın səhralarda
Xoşbəxtlikdir məqsədim
Axtarıram dumanlıqda
Xəyallarım həddi aşır
Qoy bu nəğmə sərhəd olsun
Həyatımdan bəhs edək
Qoy bu nəğmə qeybət olsun
Sona çatır hər nağıl
Qoy bu nəğmə sonsuz olsun
Nəğmələrdə mövzu şərtdir
Qoy bu nəğmə onsuz olsun
Uzaqlarda buludların arxasından boylanan
Ulduzların simasında parıltılı həsrət var
Nəğməm üzdə gülüş olsun
Ulduzlarçün oxunulsun
Çox heyif ki, gülüşlərin kölgəsində kədər gəzir
Gəzintilər səbəbsizdir
Etiraflar ürəksizdir
Yalvarışlar ümidsizsə
Qoy bu nəğmə ümid olsun
Kaş ancaq gecə yuxularında
Üzdə qorxu olsun
Gördüyümüz hər şirin yuxu
Birdən doğru olsun
Hər tərəfdən günəş çıxsın
Qoy bu nəğmə yalan olsun
İllər ötüb keçsə, də
Bu nəğməni duyan olsun
Hər bir kəsdən gizlənək
Görüş sirrimiz olsun
Buludlarda rəqs edək
Qoy bu nəğmə bizim olsun
Gündəliklərdə vərəq qalmadı
Bitirdim neçə qələmdə mürəkkəb
Atmadım, doğmadır, saxladım
Tək göründüm hər kəsə, təkəm sandılar
Yanımdaydın, heç darıxmadım
Amma yenə də dön, yanımda cismin olsun
Bəlkə inandım ki, nəğmələrdə deyilən eşq
Bu qədər asandır
Dön, nəğmə yazacam sənin dönüşünə
Yorğun gözlərim baxır yolun sonunda
Ölümlə görüşümə gecikirəm
Qoy bu nəğmə bizim olsun
Ağlasın, bəbəklərin yuyulsun
Körpə yuxuda qanadlansın aləm
Qoy bu nəğmə dünyam olsun
Gizlənim içində yaddaşımdan
Hər kitabəmin içində matəm
Qoy bu nəğmə leysan olsun
Soyutsun içimi ləpələriylə
Həsrət alovu yandıranda ciyərlərimi
Qoy bu nəğmə insan olsun
Mənə yaxın məndən, sevgilim olsun
Oxusun göz yaşıyla əsərlərimi
Qoy bu nəğmə əbədi qalsın
İllərin məsafəsiz axınlarında
Desinlər: "Bir dəli bunu yazdı"
Qoy bu nəğmə məktub olsun
Göndərilsin hər tənha qəlbə, yaralı ürəyə
Anlasın ki, tək deyil, piyalələr doldu
Buludlarla yağdı içimə yağışlar
Yenə də tələsib evinə qaçışacaq piyadalar
Röyadayam, ac köpəklər sümüklərimi gəmirdikcə
Sufi Dərviş güc verirdi, səbrimə, iradəmə
Minarələr səmanın üzünü tutaraq aparır içimi-çölümü
Yaradanın hüzuruna qanlı günahlarla gəldim
Parçalandı qış baharla, qar adamı da əridi səhərə
Bilmirəm, rəhm edərmi, Tanrı məni məhv edərmi?
Gözlərimlə şahid oldum, sevgilər can verəndə
Qanlı öskürəklə baxıram üzünə, ağlaya da bilmirəm
Daxmamın qarşısında kor dilənçi
Yoxdur verməyə heç nəyim, qapını bağlaya da bilmirəm
Yoruldum, atdım içimə daş, dərinliyimi bilməkçün
Əks sədası gəlmir hələ də, sonum harada?
Yüz illik yuxudan oyanmış körpə kimiyəm
Yaddaşım silindi, mən kiməm ki?
Mənim adım - Qaraqan
Gündəliklərdə vərəq qalmadı
Bitirdim neçə qələmdə mürəkkəb
Atmadım, doğmadır, saxladım
Tək göründüm hər kəsə, təkəm sandılar
Yanımdaydın, heç darıxmadım
Amma yenə də dön, yanımda cismin olsun
Bəlkə inandım ki, nəğmələrdə deyilən eşq
Bu qədər asandır
Dön, nəğmə yazacam sənin dönüşünə
Yorğun gözlərim baxır yolun sonunda
Ölümlə görüşümə gecikirəm
Qoy bu nəğmə tənha qalsın
Günəşdən ilham alsın
Ağ vərəqdə qaralansın
Batsın dərin fikirlərdə
Ürəklərdə qoy bu nəğmə
Köməyə gələn yoldaş olsun
Kədərimdən xəbər verən
Gözdən axan yaşla dolsun
Sətirlərimə sevgi qonsun
Hər insan bir mələyə dönsün
Qara donlu gecələr
Ümid gətirən səhərə dönsün
Qoy bu nəğmə gülüşüntək
Güllər açsın səhralarda
Xoşbəxtlikdir məqsədim
Axtarıram dumanlıqda
Xəyallarım həddi aşır
Qoy bu nəğmə sərhəd olsun
Həyatımdan bəhs edək
Qoy bu nəğmə qeybət olsun
Sona çatır hər nağıl
Qoy bu nəğmə sonsuz olsun
Nəğmələrdə mövzu şərtdir
Qoy bu nəğmə onsuz olsun
Uzaqlarda buludların arxasından boylanan
Ulduzların simasında parıltılı həsrət var
Nəğməm üzdə gülüş olsun
Ulduzlarçün oxunulsun
Çox heyif ki, gülüşlərin kölgəsində kədər gəzir
Gəzintilər səbəbsizdir
Etiraflar ürəksizdir
Yalvarışlar ümidsizsə
Qoy bu nəğmə ümid olsun
Kaş ancaq gecə yuxularında
Üzdə qorxu olsun
Gördüyümüz hər şirin yuxu
Birdən doğru olsun
Hər tərəfdən günəş çıxsın
Qoy bu nəğmə yalan olsun
İllər ötüb keçsə, də
Bu nəğməni duyan olsun
Hər bir kəsdən gizlənək
Görüş sirrimiz olsun
Buludlarda rəqs edək
Qoy bu nəğmə bizim olsun
Gündəliklərdə vərəq qalmadı
Bitirdim neçə qələmdə mürəkkəb
Atmadım, doğmadır, saxladım
Tək göründüm hər kəsə, təkəm sandılar
Yanımdaydın, heç darıxmadım
Amma yenə də dön, yanımda cismin olsun
Bəlkə inandım ki, nəğmələrdə deyilən eşq
Bu qədər asandır
Dön, nəğmə yazacam sənin dönüşünə
Yorğun gözlərim baxır yolun sonunda
Ölümlə görüşümə gecikirəm
Qoy bu nəğmə bizim olsun
Credits
Writer(s): Elkhan Qaraqan Zeynallı, Elvin Errant əmrahlı, Orxan Aid Zeynallı, Parviz Promete Isagov
Lyrics powered by www.musixmatch.com
Link
Other Album Tracks
© 2024 All rights reserved. Rockol.com S.r.l. Website image policy
Rockol
- Rockol only uses images and photos made available for promotional purposes (“for press use”) by record companies, artist managements and p.r. agencies.
- Said images are used to exert a right to report and a finality of the criticism, in a degraded mode compliant to copyright laws, and exclusively inclosed in our own informative content.
- Only non-exclusive images addressed to newspaper use and, in general, copyright-free are accepted.
- Live photos are published when licensed by photographers whose copyright is quoted.
- Rockol is available to pay the right holder a fair fee should a published image’s author be unknown at the time of publishing.
Feedback
Please immediately report the presence of images possibly not compliant with the above cases so as to quickly verify an improper use: where confirmed, we would immediately proceed to their removal.