Səssiz Gəmi

Sessiz gemi

Artık demir almak günü gelmişse zamandan
Mechule giden bir gemi kalkar bu limandan

Hiç yolcusu yokmuş gibi sessizce alır yol
Sallanmaz o kalkışda ne bir mendil, ne de bir kol

Rıhtında kalanlar bu seyahetden elemli
Günlerce siyah ufka bakar, gözleri nemli

Biçare gönüller, ne giden son gemidir bu
Hicranlı hayatın nice son matemidir bu

Buraxmışam limanda bu dünyanın hər şeyini
Özü bir gün bitəcək dünya payını mən neynim?
Burdakı hər kəs eyni, nə qədər mən deyinim?
Tükənib təbim beynim, nə desəm yox xeyri

Gedirəm əllərim soyuqdur buz tutubdu ürək
Nə qədər fələk kələk gəldi qəlbi titrədərək
Gedirəm ruhum indi son nəfəsdə gətir xələk
Gedirəm kəfən parçasıyla bürünməsin bələk

Gedirəm burda sevənlər də boşdu sevgilər də
Nə qədər qırılmış hisslər var idi sevgilərdə
Bəlkə də içində tənhalar olan bir gəmiyəm
Nə qədər təbəssümlərin altında matəmiyəm

Gedirəm gözlərimdə yaş süzülər girdə girdə
Gələcəksənsə anamnan mənə bir layla gətir də
Bu liman gözdən itir, keçmişim bir an da bitir də
Mən hansı mahnıda öldüm yaşadım hansı sətirdə?

Gedirəm kimsə yoxdu əl eyləsin pəncərədən
Gedirəm qəlbi bir hicran götürüb səncə nədən?
Gedirəm gəlirsən gəl içində mənsən əgər
Gedirəm gözləmədən kim istərsə gəlsə gələr

Gedirəm ruhum əllərində tutub kül bir bədən
Gedirəm sağ tərəfim sol tərəfimi istəmədən
Gedirəm asta asta addım addım qədəm qədəm
Gedirəm bir gəmiylə susqun səs eyləmədən

Dünyada sevilmiş ve seven nafile bekler
Bilmez ki, giden sevgililer dönmeyecekler

Bir çok gidenin her biri memnun ki yerinden
Bir çok seneler geçdi, dönen yok seferinden

Elə bir inilti var qulağlarda getmə deyir
Hüsnümə tərif edir şeiriyyatıma yazır şeir
Bu həmin fələkdir ki tutub məndən əl çəkmir
Yalandır riyakardır geri dönsəm öldürəcəkdir

Axı hardan biləcəkdir mənim nə çəkdiyimi
Gedirəm çantama qoymuşam təkcə təkliyimi
Düşünürdüm ki biraz gedim sonra dənizə atım
Və birdən ayıldım ki təkliyimdir ədəbiyyatım

Mənə bir yuxu bəxş et yatım bəlkə daim olar
Kimləri əbədi istədik gəlib müsafir olar
Görəsən dərin sular anlayarmı bunu bilirəm
Dərdimi dənizə desəm ertəsi gün şair olar



Credits
Writer(s): Elvin Nasir
Lyrics powered by www.musixmatch.com

Link