Nikotin

Çəkin o təsəllilərinizi yox ehtiyacım
Buraxın məni bu gecə özümlə baş başa
Onlara necə inanım onların özü yalan
Dediyi sözü yalan sözünün düzü yalan

Hər yeni bir şeirdə duyğularım tazələnir
Niyə bülbül təki qəlbim daha pərvaz eləmir
Bu dünya sevgini xoşbəxtliyi bir damcı qoyur
Bəs niyə dərd verəndə doldurur heç az eləmir?

O qədər kədər yüklədim sənə döz sətirlərim
Özüm yalançı kələkbaz amma düz sətirlərim
Mən hər yazanda ruhum ağlayırdı, anladım ki
Mənə mənnən də yaxındır mənim öz sətilərim

Elə bir dünya ver içində röyam olsun
İstəməm qaralsın günəş yenə axşam olsun
İnsanlar olmasın ancaq ki mən də tək olmayım
Tanrıyla təkbətək qalım belə dünyam olsun

Əlimi günəşə qoyub atılıram aya
Vecimə deyil ölüm mələyi geriyə saya
Dünyaya baxanda gözlərini açırsan
Gözümü bağlayıb baxıram dünyaya

Çəkin o təsəllilərinizi yox ehtiyyacım
Buraxın məni bu gecə özümlə baş başa
Onlara necə inanım onların özü yalan
Dediyi sözü yalan sözünün düzü yalan

Içirəm eşq şərablarından olub beyni duman
Səni anladım deyənlər deyəsən çox tələsib
Ümidim vardı ümidlərim bəlkə gerçək ola
Indiysə ümidlərim ümidlərdən ümidi kəsib

Götürüb torpağı kül tək vurasan saçlarına
Görəndə doğmaların düşməninlə qucağlaşır
Heç kimə çatmaq üçün məsafələr qət etmə
Gəldikcə yaxına uzağlar yaxınlar uzağlaşır

Bu dünya yalandırsa insanlar gerçəkmi?
Səni öldürmür amma heç bir zaman əl çəkmir
Yaşayıb hisslərinlə düşünmürsən ağıl harda
Və bir gün ölüb qalırsan ağılsız ağıllarda

Əlimi günəşə qoyub atılıram aya
Vecimə deyil ölüm mələyi geriyə saya
Dünyaya baxanda gözlərini açırsan
Gözümü bağlayıb baxıram dünyaya

Çəkin o təsəllilərinizi yox ehtiyyacım
Buraxın məni bu gecə özümlə baş başa
Onlara necə inanım onların özü yalan
Dediyi sözü yalan sözünün düzü yalan



Credits
Writer(s): Elvin Nasir, Elvin Nesirov
Lyrics powered by www.musixmatch.com

Link