Yar
Bitdi ömrüm, çıxdı canım çıxmadı yardan səda
Aləmə saldım səda, gəlməzmi dildardan səda?
Mən içimdən ağlaram səssiz, demiyin arsız mənə
Rəsmidir qar yağsa çıxmaz bircə an dardan səda
Boş yerə ah etmirəm mən, bir səbəb var ahimə
Ta ki, mizrab dəyməsə, çıxmaz yəqin tardan səda
Dağıdın göy üzündə hər nə qədər bulud varsa
Dedilər yar gələcək dedilər yar gələcək
Yazmasın bir gecəlik qələm kədər şeirlərini
Bir ümid var gələcək, dedilər yar gələcək
Nə yaxşı qonaq gəlmişəm işıqlı bu röyaya?
Elə bil günəş gülümsəyir asimanda aya
Nə qədər səsim çıxsa qışqıracam bu dünyaya
Çəkəcəm car gələcək, dedilər yar gələcək
Gözlərim diqqət ilə izləyir hər bir saatı
O gəlsə bircə dəfə donduraram kainatı
Gəlir ki yenidən qursun talan olmuş həyatı
Mənə memar gələcək,dedilər yar gələcək
Ürəyim yerindən çıxır daha tək vurmayacaq
Qaranlıq olmayacaq, zülmət olmayacaq
Ruhuma deyin artıq soyuqlarda donmayacaq
Günəş, bahar gələcək, dedilər yar gələcək
Oturub gözləyirəm başqa da yoxdur əlacım
Bir odur ruha qida, bir odur ehtiyyacım
Heç zaman meyvə verməyən mənim ol eşq ağacım
Verəcək bar gələcək, dedilər yar gələcək

Dünyanın halı yaman səmada ulduz olmasa
Yaralar sızıldamaz ki üstündə duz olmasa
Dedilər gələrdi çoxdan yolları buz olmasa
Əriyib qar gələcək, dedilər yar gələcək
Əllərim əsir sevincdən, gözlər yenə ağlar
Qollarım həsrətindədir ki gəlsə tez qucağlar
Keçəcək neçə yollar, neçə səhra, neçə dağlar
Gəzib diyar gələcək, dedilər yar gələcək
Əsməsin külək, dəniz dalğalanmasın bu gecə
Görəsən hansı tərəfdən gələcəkdir gizlicə?
Görəsən saçlarının, gözlərinin hali necə?
Necə didar gələcək, dedilər yar gələcək
Baharda günəşmi var, qışında qarınmı var?
Niyə ağladın gözüm, dərdin ahu zarınmı var?
Sən kimi gözləyirsən, şair sənin yarınmı var?
O qatar gəlməyəcək, daha yar gəlməyəcək
Kim dedi yar gələcək, sən haradan eşitdin ki?
Nə günəş çıxmayacaq, nə bahar gəlməyəcək
Sən götür bircə qələm dərdini yağdır vərəqə
De ki yar gəlməyəcək, daha yar gəlməyəcək!

Credits
Writer(s): Elvin Nasir
Lyrics powered by www.musixmatch.com
Link
© 2025 All rights reserved. Rockol.com S.r.l. Website image policy
Rockol
- Rockol only uses images and photos made available for promotional purposes (“for press use”) by record companies, artist managements and p.r. agencies.
- Said images are used to exert a right to report and a finality of the criticism, in a degraded mode compliant to copyright laws, and exclusively inclosed in our own informative content.
- Only non-exclusive images addressed to newspaper use and, in general, copyright-free are accepted.
- Live photos are published when licensed by photographers whose copyright is quoted.
- Rockol is available to pay the right holder a fair fee should a published image’s author be unknown at the time of publishing.
Feedback
Please immediately report the presence of images possibly not compliant with the above cases so as to quickly verify an improper use: where confirmed, we would immediately proceed to their removal.