Koroğlunun Ariyası - Koroğlu Operası

Düşdü yadıma Nigar
Getdi əldən ixtiyar
Sən çək orda min cəfa
Biz görək burda səfa
Ah... Gəl, yarım
Sevdim səni mən, ey Nigarım
Rəna gözəlim, şən baharım
Sevdim səni, canan
Lakin zülmkar xan
Xalqın qatil düşməni əsir etmişdir səni

Ondan müşküldür ayrı düşmək
Lakin çətindir bu görüşmək
Oldum bu yolda mən öz-özümə düşmən
Ayrı düşdüm ondan mən
Ayrı düşdüm ondan mən, hey
Ondan mən, hey
Ondan mən, hey
Ondan

Dönmərəm bu yoldan
Xof etmərəm xandan
Məqsəddən keçmərəm
Ölərəm, keçərəm canımdan

Ölsün düşmən
Bu üsyandan qurtarmasın yaxasın
Dağılsın kainat, kainat
Dəyişsin bu aləm, bu həyat
O aləm sevgilər, məhəbbət yaratsın
Yaratsın
Ah, sevdim səni mən, ey Nigarım
Rəna gözəlim, şən baharım
Sevdim səni, yarım
Sənsən mənim canım
Olmaz özgə sevgilim səndən ayrı
Səndən ayrı
Səndən ayrı
Düşdüm, Nigar



Credits
Writer(s): Heydər Ismayılov, Məmməd Səid Ordubadi, üzeyir Hacıbeyli, üzeyir Hacıbeyov
Lyrics powered by www.musixmatch.com

Link