Koroğlu Aşıq Mahnısı - Koroğlu Operası

Çünki oldun dəyirmançı
Çağır gəlsin dən, Koroğlu

Balam, ey
Səni gördüm, aşiq oldum
Dərdə saldın canımı

Ala gözlər dadlı sözlər
Qara qaşlar, işvə, nazlar
Can alan yar, tökdün nahət qanımı
Gözəlim, gəl halımı sor, rəhm eylə

Nazlı yarım, gülzarım, iftixarım, gəl
Nədir əmrin, tacıdarım, sərvərim?

Gecə-gündüz ayrılıqdan yandım hicran oduna

Səni görcək, nazlı yarım, gedər əldən ixtiyarım
Səni görcək, nazlı yarım, gülzarım, nazlı dilbərim, hey
Gərək aşiq yar yolunda qalmasın can dərdinə
Ala gözlər dadlı sözlər
Qara qaşlar, işvə, nazlar
Can alan yar, tökdün nahət qanımı
Gözəlim, gəl halımı sor, rəhm eylə

Nazlı yarım, gülzarım, iftixarım, gəl
Nədir əmrin, tacıdarım, sərvərim?

Gecə-gündüz, hey
Gecə-gündüz ayrılıqdan yandım hicran oduna

Gecə-gündüz ayrılıqdan yandım hicran oduna

Səni görcək, nazlı yarım, gedər əldən ixtiyarım
Səni görcək, nazlı yarım, gülzarım, nazlı dilbərim, gəl, hey
Gərək aşiq yar yolunda qalmasın can dərdinə
Ala gözlər dadlı sözlər sözlər
Qara qaşlar, işvə, nazlar
Can alan yar, tökdün nahət qanımı
Nədir əmrin qəddi rəna dilbərim

Nazlı yarım, gülzarım, iftixarım, gəl
Nədir əmrin, tacıdarım, dilbərim?



Credits
Writer(s): Heydər Ismayılov, Məmməd Səid Ordubadi, üzeyir Hacıbeyli, üzeyir Hacıbeyov
Lyrics powered by www.musixmatch.com

Link