Şüştər Təsnifi

Sən mənim cananım, şirin canımsan
Ətirli bağçamda bar səni gözlər
Canımsan, gözümsən, mеhribanımsan
Ellərin dövranı yar səni gözlər
Canımsan, gözümsən, mеhribanımsan
Ətirli bağçamda bar səni gözlər
Gəl, gözəl yar
Gəldi bahar
Gözlərim yolda qaldı
Rəngim soldu, saraldı
Sevmişəm, ey yar, səni
Həsrətdə qoyma məni

Gəl, sevib sevilək
Eşqin qədrin bilək
Bir deyək, bir gülək, yar
Gəl, sevib sevilək
Eşqin qədrin bilək
Bir deyək, bir gülək, yar
Bir deyək, bir gülək, yar

Səhralar əlinlə gülüstan olur
Can cahana dönür, cahan can olur
Bütün qaranlıqlar çırağban olur
Еllərin şənliyi, yar, səni gözlər
Bütün qaranlıqlar çırağban olur
Еllərin şənliyi, yar, səni gözlər
Gəl, gözəl yar
Gəldi bahar
Gözlərim yolda qaldı
Rəngim soldu, saraldı
Sevmişəm, ey yar, səni
Həsrətdə qoyma məni

Bir sevib sevilək
Eşqin qədrin bilək
Bir deyək, bir gülək, yar
Gəl, sevib sevilək
Eşqin qədrin bilək
Bir deyək, bir gülək, yar
Bir deyək, bir gülək, yar
Bir deyək, bir gülək, yar

Ay üzlü nigarım
Ay üzlü nigarım, kimə mehman olacaqsan?
Bir söylə, kimin
Bir söylə, kimin şaninə şayan olacaqsan?

Şahlıq çətiri
Şahlıq çətiri var başın üstündə bu axşam
Ənbər çətirinlə
Ənbər çətirinlə kimə mehman olacaqsan?
Getdin
Getdin, necə bəs tab eləsin hicrə Nizami
Ol xəstə ikən
Ol xəstə ikən, sən kimə dərman olacaqsan?

Gəl, sevib sevilək
Eşqin qədrin bilək
Bir deyək, bir gülək, yar
Gəl, sevib sevilək
Eşqin qədrin bilək
Bir deyək, bir gülək, yar
Bir deyək, bir gülək, yar
Bir deyək, bir gülək, yar



Credits
Writer(s): Elibaba Memmedov, Xalq Mahnısı
Lyrics powered by www.musixmatch.com

Link