Sən Bir Nəğmə, Mən Bir Nəğmə

Nəğməlidir həmən çinar
Ay nurunda çimən çinar
Kölgəsində izimiz var
Nəğməsində səsimiz var

Nəğməlidir bulaq başı
Hər damlası - üzük qaşı
Saf aynadır təmiz sular
Orda, qoşa şəklimiz var
Saf aynadır təmiz sular
Orda, qoşa şəklimiz var

Bulaq susar, susar birdən
Nəğməsini kəsər çinar
Eşqimizdən küsər birdən
Küsər bulaq, küsər çinar

Çinar, bulaq gəl-gəl deyir
Ah, nə gözəl, gözəl deyir
Sən bir nəğmə, mən bir nəğmə
Hicran özü batsın qəmə

Sevdamıza nəğmə qoşaq
Sən bir nəğmə, mən bir nəğmə
Car eyləsin çinar, bulaq
Eşqimizi bu aləmə
Car eyləsin çinar, bulaq
Eşqimizi bu aləmə

Bulaq susar, susar birdən
Nəğməsini kəsər çinar
Eşqimizdən küsər birdən
Küsər bulaq, küsər çinar

Sevdamıza nəğmə qoşaq
Sən bir nəğmə, nəm bir nəğmə
Car eyləsin çinar, bulaq
Eşqimizi bu aləmə
Car eyləsin çinar, bulaq
Eşqimizi bu aləmə

Bulaq susar, susar birdən
Nəğməsini kəsər çinar
Eşqimizdən küsər birdən
Küsər bulaq, küsər çinar

Bulaq küsər, susar birdən
Nəğməsini kəsər çinar
Eşqimizdən küsər birdən
Küsər bulaq, küsər çinar



Credits
Writer(s): Elza Ibrahimova, Yusif Hesenbey
Lyrics powered by www.musixmatch.com

Link