Kim Uduzdu Kim Uddu

Səndən mənə bir ömürlük xatirə
Məndən sənə nə qalacaq, bilmirəm
Səndən mənə bir ömürlük xatirə
Məndən sənə nə qalacaq, bilmirəm
Çətin bir də daş üstə daş bitirəm
Niyə uçdu bu qalacıq, bilmirəm
Çətin bir də daş üstə daş bitirəm
Niyə uçdu bu qalacıq, bilmirəm
Günlər mənə gün yazmağı unutdu
Gülüm, günün güllərimi qurutdu

Günlər mənə gün yazmağı unutdu
Gülüm, günün güllərimi qurutdu
Ay, bu sevgidə kim uduzdu, kim uddu?
Peşimanı kim olacaq, bilmirəm
Bu sevgidə kim uduzdu, kim uddu?
Peşimanı kim olacaq, bilmirəm

Mən Arazam, səsim tutqun Arazdı
Ha çağırdım, ha yüyürdüm, ha yazdım
Mən Arazam, səsim tutqun Arazdı
Ha çağırdım, ha yüyürdüm, ha yazdım
İndi artıq qaynar təbim ayazdı
İsinərmi bu od-ocaq bilmirəm
İndi artıq qaynar təbim ayazdı
İsinərmi bu od-ocaq bilmirəm
Günlər mənə gün yazmağı unutdu
Gülüm, günün güllərimi qurutdu

Günlər mənə gün yazmağı unutdu
Gülüm, günün güllərimi qurutdu
Ay, bu sevgidə kim uduzdu, kim uddu?
Peşimanı kim olacaq, bilmirəm
Bu sevgidə kim uduzdu, kim uddu?
Peşimanı kim olacaq, bilmirəm
Bu sevgidə kim uduzdu, kim uddu?
Peşimanı kim olacaq, bilmirəm
Ay, bu sevgidə kim uduzdu, kim uddu?
Peşimanı kim olacaq, bilmirəm



Credits
Writer(s): Məmməd Araz, Razim Pasayev
Lyrics powered by www.musixmatch.com

Link