Əziz Dostum

Əziz dostum məndən küsüb incidi
Ayrılıb yad kimi çıxdı evimdən
Əziz dostum məndən küsüb incidi
Ayrılıb yad kimi çıxdı evimdən
O gedən yerləri ot basıb indi

O gedən yerləri ot basıb indi
O, gedib qalmışam həsrətində mən
O, gedib qalmışam həsrətində mən
Necə nəğmə qoşum, necə dillənim?
Dost gedib, özümə gələ bilmirəm

Necə nəğmə qoşum, necə dillənim?
Dost gedib, özümə gələ bilmirəm
Elə bil əllərim yox olub mənim
Gözümün yaşını silə bilmirəm
Elə bil əllərim yox olub mənim
Dost gedib, özümə gələ bilmirəm
Gözümün yaşını silə bilmirəm

Çaldığı o tarı gətirin mənə
Görün, tar çalmaqda necə mahirəm
Çaldığı o tarı gətirin mənə
Görün, tar çalmaqda necə mahirəm
Əllərim simlərə toxunan kimi

Ah, əllərim simlərə toxunan kimi
Simlər haray çəkir, qırılar birdən
Simlər haray çəkir, qırılar birdən
Necə nəğmə qoşum, necə dillənim?
Dost gedib, özümə gələ bilmirəm

Ah, necə nəğmə qoşum, necə dillənim?
Dost gedib, özümə gələ bilmirəm
Elə bil əllərim yox olub mənim
Gözümün yaşını silə bilmirəm
Elə bil əllərim yox olub mənim
Dost gedib, özümə gələ bilmirəm
Gözümün yaşını silə bilmirəm



Credits
Writer(s): Qulu Esgerov, Rəsul Həmzətov
Lyrics powered by www.musixmatch.com

Link