Nigarın Ariyası - Koroğlu Operası

Cəsus olsaydı əgər, verərdi xəbər Nigar
Bunda olsaydı xətər, Nigar eylərdi xəbər
Gözləyir o yar məni, gözləyir Nigar məni
Düşdü yadıma Nigar, getdi əldən ixtiyar
Sən çək orda min cəfa
Biz görək burada səfa
Gəl, Nigarım...

Sevdim səni mən, ey Nigarım
Rəna gözəlim, şən baharım
Sevdim səni, canan!
Lakin zülmükar xan
Xalqın qatil düşməni əsir etmişdir səni

Səndən müşküldür ayrı düşmək
Lakin çətindir bu görüşmək
Oldum bu yolda mən
Öz-özümə düşmən
Ayrı düşdüm səndən mən
Ayrı düşdüm səndən mən, hey!
Səndən mən, hey!
Səndən mən, hey!
Səndən

Dönmərəm bu yoldan
Xof etmərəm səndən
Mən səndən dönmərəm, ölərəm
Keçərəm canımdan

Ölsün düşmən, bu üsyandan
Qurtarmasın yaxasın
Dağılsın kainat, kainat
Dəyişsin bu aləm, bu həyat
Bu aləm sevgilər, məhəbbət
Yaratsın, yaratsın, hey!
Sevdim səni mən, ey Nigarım
Rəna gözəlim, şən baharım
Sevdim səni, yarım
Sənsən mənim canım
Olmaz özgə sevgilim səndən qeyri
Səndən qeyri
Səndən ayrı
Düşdüm, Nigar



Credits
Writer(s): Məmməd Səid Ordubadi, üzeyir Hacıbeyov
Lyrics powered by www.musixmatch.com

Link