Məni Xatırlama

Məni xatırlama, dəli olarsan
Xatirəm dağıdar daşı, divarı
Özün öz qəminə zəli olarsan
Özünə çəkərsən dərdi, azarı
Məni xatırlama, tellər ayrı
Hər gün nəfəsini mən izləyərəm
Gecə saat 3-dür, körpən ağlayır
Dur ovundur onu, mən gözləyərəm
Məni xatırlama, məni xatırlama
Oturar həsrətim yuxarı başda
Məni xatırlama, ey, məni xatırlama
Sən başqa qayğıda, mən isə başqa
Avara olmuşam sənsiz günbəgün
Daim evim yox, incimə məndən
Ötəri qonağam hər qadın üçün
Hər gün bir ürəkdə yaşayıram mən
Ötəri qonağam hər qadın üçün
Hər gün bir ürəkdə yaşayıram mən
Məni xatırlama, telləri ayrı
Hər gün nəfəsini mən izləyərəm
Gecə saat 3-dür, körpən ağlayır
Dur ovundur onu, mən gözləyərəm
Məni xatırlama, məni xatırlama
Oturar həsrətim yuxarı başda
Məni xatırlama, ay, məni xatırlama
Sən başqa qayğıda, mən isə başqa
Məni xatırlama, məni xatırlama
Xatırlama, məni xatırlama
Məni xatırlama, məni xatırlama
Sən başqa qayğıda, mən isə başqa



Credits
Writer(s): Ferid Kerimli, Tural Xani
Lyrics powered by www.musixmatch.com

Link