Mübariz

Adın kimi mübarizə aparmısan
Zəfərinlə ucalmışıq, Mübariz
Sən illərin həsrətini qopardın
Bu şərəfdən güc almışıq, Mübariz
Ululardan əmanətimdir vətən
Namusumdur və qeyrətimdir vətən
Sənin kimi fəxarətimdir vətən
Can verməyə yaranmışıq, Mübariz
Sən ölmədin mələklərin yanında
Yenə millət qeyrəti var canında
İtirdiyin bircə damla qanında
Sızlamışıq, saralmışıq, Mübariz
İtirdiyin bircə damla qanında
Sızlamışıq, saralmışıq, Mübariz
Qarabağın halal çörək, duzuyuq
Tarixlərdə həkk olunmuş yazıyıq
Haqq yolunda qan tökməyə razıyıq
Daha səbirsiz olmuşuq, Mübariz
Yollarımız alov olar, od olar
Az qalıbdır, bu zülmlər yad olar
Eşidərsən, yenə ruhun şad olar
Böyük qələbə çalmışıq, Mübariz
Sən ölmədin mələklərin yanında
Yenə millət qeyrəti var canında
İtirdiyin bircə damla qanında
Sızlamışıq, saralmışıq, Mübariz
İtirdiyin bircə damla qanında
Sızlamışıq, saralmışıq, Mübariz
Sən ölmədin mələklərin yanında
Yenə millət qeyrəti var canında
İtirdiyin bircə damla qanında
Sızlamışıq, saralmışıq, Mübariz
İtirdiyin bircə damla qanında
Sızlamışıq, saralmışıq, Mübariz
Sızlamışıq, saralmışıq, Mübariz
Sızlamışıq, saralmışıq, Mübariz
Mübariz. Mübariz



Credits
Writer(s): Rabil Səfərov, Rauf Sübhi
Lyrics powered by www.musixmatch.com

Link