Bayatılar

Mən aşiq, gülə bəndəm, gülə bəndəm
Bülbüləm, gülə bəndəm, gülə bəndəm
Dindirmə – qan ağlaram, qan ağlaram
Bir şirin dilə bəndəm, dilə bəndəm

Naçaram mən, naçaram
Bağlı qapı açaram
Yar gözü yaşlı görsəm
Baş götürüb qaçaram
Yar gözü yaşlı görsəm
Baş götürüb qaçaram

Əziziyəm, dolan gəz, yar, dolan gəz
Bürün dərdə, dolan gəz, yar, dolan gəz
Namərdə boyun əymə, boyun əymə
Get, qürbətdə dolan gəz, get dolan gəz

Naçaram mən, naçaram
Bağlı qapı açaram
Yar gözü yaşlı görsəm
Baş götürüb qaçaram
Yar gözü yaşlı görsəm
Baş götürüb qaçaram

Dolanar, gəzər zaman, gəzər zaman
Fələk vermir bir aman, vermir aman
Nə dosta etibar var, etibar var
Nə yarda əhdi-peyman, əhdi-peyman

Naçaram mən, naçaram
Bağlı qapı açaram
Yar gözü yaşlı görsəm
Baş götürüb qaçaram
Yar gözü yaşlı görsəm
Baş götürüb qaçaram

Yar gözü yaşlı görsəm
Baş götürüb qaçaram



Credits
Writer(s): Oqtay Kazımi, Xalq Bayatıları
Lyrics powered by www.musixmatch.com

Link