Gözləmə

Dözmədin sınağa
Boylanma sabaha
Sən məni bir daha
Gözləmə
Çətindir unutmaq
Könlümü ovutmaq
Əbəsdir can atmaq
Gözləmə
Kövrəyəm, sınaram
Çiçəktək solaram
Xəlvəti yanaram
Gözləmə sən məni
A-a-a-a-a-a
A-a-a-a-a-a
Dağa bax, dumandır
Ümidim gümandır
Gəlmərəm, amandır
Gözləmə
Ümidi üzərəm
Fikirli gəzərəm
Birtəhər dözərəm
Gözləmə
Kövrəyəm, sınaram
Çiçəktək solaram
Xəlvəti yanaram
Gözləmə sən məni
A-a-a-a-a-a
A-a-a-a-a-a
Qəlbimlə oynadın
Bax, kövrək aynadır
Sındırıb, tulladın
Gözləmə
Bu payız çəməni
Göyərər yenəmi?
Gedirəm, sən məni
Gözləmə
Kövrəyəm, sınaram
Çiçəktək solaram
Xəlvəti yanaram
Gözləmə sən məni

A-a-a-a-a-a
A-a-a-a-a-a
Gözləmə
Gözləmə
Gözləmə sən məni



Credits
Writer(s): Ibrahim Mirzəzadə, Nüsret Kesemenli
Lyrics powered by www.musixmatch.com

Link