Gülə Verərdim

Mən bir tarzən olub çala bilsəydim
Arzumu, sözümü telə verərdim
Mən bir tarzən olub çala bilsəydim
Arzumu, sözümü telə verərdim
Xanəndə eşqimi car eyləsəydi
Min bəmi bir kəsik zilə verərdim
Xanəndə eşqimi car eyləsəydi
Min bəmi bir kəsik zilə verərdim
Sevgilim, seyr edək gəl bu aləmi

Gəl, bayram eyləsin qoy vüsal dəmi

Səninlə olduğum bir dəqiqəmi
Sənsiz keçirdiyim ilə verərdim

Bülbül nalə çəkər vüsal dəmində
Gülün ləçəkləri solar çəməndə
Bülbül nalə çəkər vüsal dəmində
Gülün ləçəkləri solar çəməndə
Təbiətin hökmü olsaydı məndə
Qanqalın ömrünü gülə verərdim
Təbiətin hökmü olsaydı məndə
Qanqalın ömrünü gülə verərdim
Sevgilim, seyr edək gəl bu aləmi

Gəl, bayram eyləsin qoy vüsal dəmi

Səninlə olduğum bir dəqiqəmi
Sənsiz keçirdiyim ilə verərdim



Credits
Writer(s): Bəxtiyar Vahabzadə, Ramiz Mustafayev
Lyrics powered by www.musixmatch.com

Link