Güllələnmiş Heykəllər

Sizinlə neçə il dostluq elədik
Qədrini bilmədiniz çörəyin, duzun
Qəlbiniz xain imiş, biz nə biləydik
Qatili oldunuz siz yurdumuzun

Güllə bahasına, zorun gücünə
Elin nəğməsini susdurmaq olmaz
Zəhər qatılacaq sevincinizə
Qisas alınacaq, qan yerdə qalmaz

Yaralı heykəllər ağlayır hər gün
Əvəzi olarmı doğma yurd-yerin?
Yaman darıxırlar Qarabağ üçün

Hər zülmət gecənin vardır səhəri
Haqq-ədalət bu gün çalar zəfəri
Qalsa da köksündə güllə izləyir
Yaralı heykəllər dönəcək geri
Natəvan, Bülbülün, Üzeyir bəyin
Yaralı heykəli ağlayır hər gün
Əvəzi olarmı doğma yurd-yerin?
Yaman darıxırlar Qarabağ üçün
(Natəvan, Bülbülün, Üzeyir bəyin)
(Yaralı heykəli ağlayır hər gün)
(Əvəzi olarmı doğma yurd-yerin?)
Yaman, yaman darıxırlar Qarabağ üçün

Natəvan, Bülbülün, Üzeyir bəyin
Yaralı heykəli ağlayır hər gün
Əvəzi olarmı doğma yurd-yerin?
Yaman darıxırlar Qarabağ üçün
Natəvan, Bülbülün, Üzeyir bəyin
Yaralı heykəli ağlayır hər gün
Əvəzi olarmı doğma yurd-yerin?
Yaman, yaman darıxıram Qarabağ üçün



Credits
Writer(s): Faiq Kazım
Lyrics powered by www.musixmatch.com

Link