Nəyinə Gərək

Daha mən sənin üçün keçilmiş yolam
Oxunmuş kitabam, dərilmiş çiçək
Dönüb indən belə lap, qızıl olam
Ya ki, daş parçası - nəyinə gərək?

Qıyma məhəbbətin cavan çağına
Payız həsrət çəkər yaz yarpağına
Ölmüşəm, qalmışam - nəyinə gərək
Harda qocalmışam - nəyinə gərək?
Harda qocalmışam - nəyinə gərək?

Axı, hər çiçəyin ömrü bir dərim
Köksündə nar kimi yetişib ürək
Nəyinə gərəkdir yorğun əllərim
Dalğın xəyallarım nəyinə gərək?

Çatar qulağına uzaq sorağım
Yaxın ülfətimin dərdini az çək
Nəyinə gərəkdir solan yanağım
Soluxan dodağım nəyinə gərək?
Soluxan dodağım nəyinə gərək?

Qıyma məhəbbətin cavan çağına
Payız həsrət çəkər yaz yarpağına
Ölmüşəm, qalmışam - nəyinə gərək
Harda qocalmışam - nəyinə gərək?
Harda qocalmışam - nəyinə gərək?



Credits
Writer(s): Elza Ibrahimova, Məmməd Ismayıl
Lyrics powered by www.musixmatch.com

Link