Kaş Ki

Nələr, nələr yada düşdü
Xatirələr oda düşdü
O günlərdən qəlbimizə
Qorxulu bir səda düşdü
Görməyəydim kaş ki səni

Hicran gəldi sinə-sinə
Günlər ötdü sənə-sənə
Bir güldanda saxlayaydım
Öz əlimlə özgəsinə
Verməyəydim kaş ki səni
Verməyəydim kaş ki səni

Bahar gəldi qış evinə
Bu köçəri quş evinə
O vaxt naşı bənna kimi
Yaddaşımın daş evinə
Hörməyəydim kaş ki səni

Külə dönmüş od-ocaqsan
Bəlkə, belə qalacaqsan
Onda uşaq deyildim ki
Bilirdim ki, solacaqsan
Dərməyəydim kaş ki səni
Dərməyəydim kaş ki səni

Hicran gəldi sinə-sinə
Günlər ötdü sənə-sənə
Bir güldanda saxlayaydım
Öz əlimlə özgəsinə
Verməyəydim kaş ki səni
Verməyəydim kaş ki səni



Credits
Writer(s): Nüsret Kesemenli, Sevinc Qasımova
Lyrics powered by www.musixmatch.com

Link