Yarpaqlar Tökülür

Yarpaqlar tökülür, ömürdən düşür,
Al-əlvan fəsillər boz illər kimi.
Yarpaqlar tökülür qara saçlarım,
Ağarır-saralır xəzəllər kimi

Yarpaqlar tökülür çılpaq budaqlar,
Başını qaldırıb Günə dikəndi.
Göründü sinədə bozaran dağlar,
Mənim də eşqimin payızı gəldi...

Yarpaqlar tökülür, susub lal olub.
Dağlardan süzülən ayna bulaqlar.
Yarpaqlar tökülür bir xəyal olur,
O ötən əyanlar, fərəhli çağlar.

Yarpaqlar tökülür, saralır bütün.
Örüşlər, cığırlar, yollar, yamaclar.
Yarpaqlar tökülür susub günbəgün,
O tağlı, nəğməli, səsli ağaclar.

Yarpaqlar tökülür çılpaq budaqlar,
Başını qaldırıb Günə dikəndi.
Göründü sinədə bozaran dağlar,
Mənim də eşqimin payızı gəldi...

Yarpaqlar tökülür, susub lal olub.
Dağlardan süzülən ayna bulaqlar.
Yarpaqlar tökülür bir xəyal olur,
O ötən əyanlar, fərəhli çağlar.



Credits
Writer(s): Bəxtiyar Vahabzadə, Eldar Mansurov
Lyrics powered by www.musixmatch.com

Link