Barışmadıq

Yada salma o günləri
Leyli Məcnun olamadıq
Qoşa gəzən sevənlərin
Sevincini duyamadıq

Sevgimizə kölgə saldı
Bu dünyanın şübhələri
Hicran səni məndən aldı
Saxlamadı ümid yeri

Barışmadıq sən də, mən də
Bu sevginin sonu var mı
Azı səndə çoxu məndə
Belə sevgi eşq olarmı

Saçımıza qar ələndi
Səndən qalan həsrət mənə
Bu dünyanı dar elədi
Başa vurduq yarı ömrü
İnad səndə, qürur məndə
Biləmədik hansı duyğu
Salıb bizi bu kəməndə

Barışmadıq sən də, mən də
Bu sevginin sonu var mı
Azı səndə çoxu məndə
Belə sevgi eşq olarmı



Credits
Writer(s): Eldar Mansurov, Pənah Rüstəm
Lyrics powered by www.musixmatch.com

Link