Bahar Sənsiz

Səni qəlbimdə gəzdirib hər an
Eşqimiz görməsin bir hicran
Səndən ilham alır könlüm
Sənin eşqinlə ağladım, güldüm
Ağladım, güldüm
Gülə bilməz, gülüm, bahar sənsiz
Ürəyim od tutub yanar sənsiz

Gülə bilməz, gülüm, bahar sənsiz
Ürəyim od tutub yanar, yanar sənsiz
Ürəyim od tutub yanar, gülüm, sənsiz
Yarım, sənsiz

Dönmərəm heç sözümdən, ey cananım
Getmə bir an gözümdən, ey cananım
Səndən ilham alır könlüm
Məni səndən, inan, ayırmaz ölüm
Ayırmaz ölüm
Gülə bilməz, gülüm, bahar sənsiz
Ürəyim od tutub yanar sənsiz

Gülə bilməz, gülüm, bahar sənsiz
Ürəyim od tutub yanar, yanar sənsiz
Ürəyim od tutub yanar, gülüm, sənsiz
Yarım, sənsiz
Sənsiz, sənsiz
Sənsiz



Credits
Writer(s): ənvər əlibəyli, Rauf Haciyev
Lyrics powered by www.musixmatch.com

Link