Küsəndə Səndən

Təkcə mən bilirəm sevgi əzizdir
Mənim də qəlbimdə məhəbbətim var
Sənə əziz olan mənə əzizdir
Eşqisiz, duyğusuz səadət olar?

Üzür, üzür məni küsüb-barışmaq
Elə bil sinəmə çəkilir min dağ
Üzür, üzür məni küsüb-barışmaq
Elə bil sinəmə çəkilir min dağ
Gözümə görünmür nə dağ, nə çəmən
Dünyadan küsürəm küsəndə səndən
Gözümə görünmür nə dağ, nə çəmən
Dünyadan küsürəm küsəndə səndən

Yox-yox, aramızdan külək əsəndə
Səndən inciyəndə, səndən küsəndə
Bilirəm bu küsmək nahaqdır, nahaq
Özümdən küsürəm, özümdən ancaq

Üzür, üzür məni küsüb-barışmaq
Elə bil sinəmə çəkilir min dağ
Üzür, üzür məni küsüb-barışmaq
Elə bil sinəmə çəkilir min dağ
Gözümə görünmür nə dağ, nə çəmən
Dünyadan küsürəm küsəndə səndən
Gözümə görünmür nə dağ, nə çəmən
Dünyadan küsürəm küsəndə səndən

Üzür, üzür məni küsüb-barışmaq
Elə bil sinəmə çəkilir min dağ
Üzür, üzür məni küsüb-barışmaq
Elə bil sinəmə çəkilir min dağ
Gözümə görünmür nə dağ, nə çəmən
Dünyadan küsürəm küsəndə səndən
Gözümə görünmür nə dağ, nə çəmən
Dünyadan küsürəm küsəndə səndən
Dünyadan küsürəm küsəndə səndən
Dünyadan küsürəm küsəndə səndən



Credits
Writer(s): Emin Sabitoğlu, Ramiz Heydər
Lyrics powered by www.musixmatch.com

Link