Həyat Bircədir

Səma bircədir, Günəş bircədir
Sevgi bircədir, ürək bircə
Anla bunu, anla bunu
Sən qəlbi anla, sən eşqi anla
Vətən bircədir, ana bircə
Həyat bircədir, ömür bircə
Anla bunu, anla bunu
Yadında saxla, qəlbində saxla
Səma sənindir, Günəş sənindir
Həyat sənindir, dünya sənin
Sevgi sənindir, ümid sənindir
İnam sənindir
Doğan səhər sənin olsun
Düşən axşam sənin olsun
Gəl, gözləyirəm, sənə bir baxt arzulayıram
Sənə bahar diləyirəm
Dön, qayıtsın sevgilər
Dön, boy atsın sevgilər
Dön, ayıltsın bizi sevgilər
Sevgilər, sevgilər
Sən həyatı anla, sən sevgimi anla
Sən qəlbimi anla, ürəyimi anla
Bu dalğın ömrümü, bu çılğın ömrü
Sən yadında saxla, sən yadında saxla
Sən qəlbində saxla, sən qəlbində saxla
Sən qəlbində saxla

Ömürdən küsmə, Günəşdən küsmə
Sevgidən küsmə, küsmə qəlbdən
İtməz arzu, susmaz arzu
Sən qəlbi anla, sən eşqi anla
Həyatdan küsmə, ümiddən küsmə
Arzudan küsmə, küsmə eşqdən
İtməz arzu, susmaz arzu
Yadında saxla, qəlbində saxla
Səma sənindir, Günəş sənindir
Həyat sənindir, dünya sənin
Sevgi sənindir, ümid sənindir
İnam sənindir
Doğan səhər sənin olsun
Düşən axşam sənin olsun
Gəl, gözləyirəm, sənə bir baxt arzulayıram
Sənə bahar diləyirəm
Dön, qayıtsın sevgilər
Dön, boy atsın sevgilər
Dön, ayıltsın bizi sevgilər
Sevgilər, sevgilər
Sən həyatı anla, sən sevgimi anla
Sən qəlbimi anla, ürəyimi anla
Bu dalğın ömrümü, bu çılğın ömrü
Sən yadında saxla, sən yadında saxla
Sən qəlbində saxla, sən qəlbində saxla
Sən qəlbində saxla

Həyat bircədir, ömür bircədir
Həyat bircədir, ömür bircədir
Həyat bircədir



Credits
Writer(s): Dilsuz Mustafayev, Rustem Rustemzade
Lyrics powered by www.musixmatch.com

Link