Bəxtimizin Ulduzu

Bir çiçəksən, ətrindən lalələr xumar-xumar
Bir gözəlsən, gözündə sehrlər, cadular var
Bir təbibsən, istəsən, xəstələr şəfa tapar
Bu səadət görəsən kimə qismət olacaq, olacaq?
Sevirəm, sevirəm
Sevirəm, yar
Sevirəm, sevirəm
Sevirəm, yar

Bir bulaqsan, mahnına heyrandır dağlar sənin
Bir çaysan ki, səsindən dirilər bağlar sənin
Bir bülbülsən, dərdindən solar bu dağlar sənin
Bu gözəllik, bilmirəm, axır kimə qalacaq, qalacaq?
Heyranam, heyranam
Heyranam, sənə
Heyranam, heyranam
Heyranam, sənə

Bir mələksən, pak, təmiz, həm də şirin, füsunkar
Bir afətsən, əsirin olan çətin qurtarar
Canım əmanətindir, nə gecikmə, gəl apar
Baxtımın ulduzusan sən ancaq, sən ancaq
Sevirəm, sevirəm
Sevirəm səni
Sevirəm, sevirəm
Sevirəm, səni
Heyranam, heyranam
Heyranam, gözəl
Sevirəm, sevirəm
Sevirəm, yar
Sevirəm, yar
Sevirəm, yar



Credits
Writer(s): Mirzə Ibrahimov, Sevda Ibrahimova
Lyrics powered by www.musixmatch.com

Link