Gözləyəcəyəm

Gedirsən, get, get, əzizim
Sənin yollarına min uğur
Son qərarın getmək oldu
Sənə necə deyim, getmə, qal?
Gedirsən sən məni qoyub
Yalqız qoyub bir bənövşətək
Gedirsən sən, həsrətindən
Bil ki, saçıma dən düşəcək
İndi hicran zamanı, nə söyləyim sənə mən?

Gözlərim yollarına dikiləcək bu gündən
Səni gözləyəcəyəm, gəlsən də, gəlməsən də
Əgər sən xoşbəxt olsan, bil ki, xoşbəxtəm mən də
Əgər sən xoşbəxt olsan, bil ki, xoşbəxtəm mən də
A-a-a-a-a-a
A-a-a-a-a-a
A-a-a-a-a-a

Gedirsən, get, həsrətindən
Alır məni kədər, qüssə, qəm
Gedirsən sən, ayrılığa
Sənsiz mən necə dözəcəyəm?
Başımı mən söykəyərək
Sənin surətinin köksünə
Dərdimi mən söyləcəyəm
Sənin xəyalının əksinə
İndi hicran zamanı, nə söyləyim sənə mən?

Gözlərim yollarına dikiləcək bu gündən
Səni gözləyəcəyəm, gəlsən də, gəlməsən də
Əgər sən xoşbəxt olsan, bil ki, xoşbəxtəm mən də
Əgər sən xoşbəxt olsan, bil ki, xoşbəxtəm mən də
A-a-a-a-a-a
A-a-a-a-a-a
A-a-a-a-a-a



Credits
Writer(s): Elekber Tagıyev, Validə Hüseynova
Lyrics powered by www.musixmatch.com

Link