İkimizin Yerinə

Bu sevgidən sən qorxursan, eybi yox
Mən sevərəm ikimizin yerinə
Bu eşq üçün bir gün dara çəksələr
Mən gedərəm ikimizin yerinə
Min əzabdır sənsiz keçən hər günüm
Unutmuşam yaxşı-yaman fərqini
Bu sevginin dağ əridən dərdini
Mən çəkərəm ikimizin yerinə

Gül deyirəm, gül qəlbinə dəyirəm
Mən səninçün Tanrı yazan şeirəm
Dodaqların inciməsin deyirəm
Mən öpərəm ikimizin yerinə
Min əzabdır sənsiz keçən hər günüm
Unutmuşam yaxşı-yaman fərqini
Bu sevginin dağ əridən dərdini
Mən çəkərəm ikimizin yerinə

Taleyimdə son açılan gülümsən
Süzüb qara gözlərinə gülümsə
Bu sevginin sonu əgər ölümsə
Mən ölərəm ikimizin yerinə
Min əzabdır sənsiz keçən hər günüm
Unutmuşam yaxşı-yaman fərqini
Qov sevginin dağ əridən dərdini
Mən çəkərəm ikimizin yerinə



Credits
Writer(s): Nüsret Kesemenli, Sevinc Qasımova
Lyrics powered by www.musixmatch.com

Link