Mənim Azərbaycanım

Hər qarışın doğma ana bucağı
Hər ürəkdə yanır sevgi ocağı
Bir ağacsan, sənin budaqlarınıq
Sən olsan, biz də övladlarınıq
Sərkərdələr yurdu, igid, mərd elim
Müqəddəs torpağım mənim, and yerim
Səninlə açılır nurlu səhərim
Mənim doğma vətənim
Sərkərdələr yurdu, igid, mərd elim
Müqəddəs torpağım mənim, and yerim
Səninlə açılır nurlu səhərim
Mənim doğma vətənim
Yurdum, yuvam, cahanım
Qəhrəmanlıq dastanım
Yeni tarix yazanım
Mənim Azərbaycanım
Yurdum, yuvam, cahanım
Qəhrəmanlıq dastanım
Yeni tarix yazanım
Mənim Azərbaycanım

Ordumuzdan ilham ala bilirik
Yürüşlərdə zəfər çala bilirik
Ruhlandıran mərd oğullarımız var
Qələbəli, şanlı bayrağımız var
Sərkərdələr yurdu, igid, mərd elim
Müqəddəs torpağım mənim, and yerim
Səninlə açılır nurlu səhərim
Mənim doğma vətənim
Sərkərdələr yurdu, igid, mərd elim
Müqəddəs torpağım mənim, and yerim
Səninlə açılır nurlu səhərim
Mənim doğma vətənim
Yurdum, yuvam, cahanım
Qəhrəmanlıq dastanım
Yeni tarix yazanım
Mənim Azərbaycanım
Yurdum, yuvam, cahanım
Qəhrəmanlıq dastanım
Yeni tarix yazanım
Mənim Azərbaycanım

Yurdum, yuvam, cahanım
Qəhrəmanlıq dastanım
Yeni tarix yazanım
Mənim Azərbaycanım
Yurdum, yuvam, cahanım
Qəhrəmanlıq dastanım
Yeni tarix yazanım
Mənim Azərbaycanım
Mənim Azərbaycanım
Mənim Azərbaycanım
Mənim Azərbaycanım



Credits
Writer(s): Faiq Sücəddinov, Xanim Ismayilqizi
Lyrics powered by www.musixmatch.com

Link