Bir Ney Kimi

Bir ney kimi hərdən
Qalxar göyə naləm
Viran görünər, yar
Sənsiz mənə aləm

Bir ney kimi hərdəm
Qalxar göyə naləm
Viran görünər, yar
Sənsiz mənə aləm

Sən könülümün evində
Sönməz bir işıqsan
Sən can evimə canan
Solmaz yaraşıqsan
Solmaz yaraşıqsan
Gəl, gəl, gəl, gəl, gəl, ömrümün baharı
Gəl, gəl, gəl, gəl, gəl, eşqimin nübarı
Gəl, gəl, gəl, gəl, gəl, ömrümün baharı
Gəl, gəl, gəl, gəl, gəl, eşqimin nübarı
Ömrümün baharı, eşqimin nübarı

Yar, dağlar aşaram
Eşqinlə yaşaram
Bir şux baxışından
Min nəğmə qoşaram

Yar, dağlar aşaram
Eşqinlə yaşaram
Bir şux baxışından
Min nəğmə qoşaram

Sən könülümün evində
Sönməz bir işıqsan
Sən can evimə canan
Solmaz yaraşıqsan
Solmaz yaraşıqsan
Gəl, gəl, gəl, gəl, gəl, ömrümün baharı
Gəl, gəl, gəl, gəl, gəl, eşqimin nübarı
Gəl, gəl, gəl, gəl, gəl, ömrümün baharı
Gəl, gəl, gəl, gəl, gəl, eşqimin nübarı
Ömrümün baharı, eşqimin nübarı
Eşqimin nübarı, ömrümün baharı

Vətənimin seyrinə, a balam, çağırıram elləri... Ey
Sərvət görmək istəyən Azərbaycana gəlsin
Aman, aman, aman... Ey... Aman

Bəzənib, a-a-a-a-ay, başdan-başa şəhərləri, kəndləri ey
Cənnət, a-a-a-ay aman, yar... Ay yar
Cənnət görmək istəyən Azərbaycana gəlsin
Ey dad... Ey dad... Hey dad
Hey... Yar, yar, yar, ay yar
Yar



Credits
Writer(s): Xalq Mahnısı
Lyrics powered by www.musixmatch.com

Link