Nə Gəlməz Oldun

Həsrətin araya saldı dağ-dərə
Sönən işıq oldun, batan səs oldun
Qayıt, mənim gülüm, qayıt bu yerə
Ey mənim istəyim, nə gəlməz oldun

Qayıt, mənim gülüm, yerbəyer eylə
Dərdli səhərləri, gecələri sən
Qayıt, yerinə qoy Ayı, Günəşi
Qayıt, gözüm nuru, könlüm atəşi
Qayıt, sahmana sal bu kainatı
Nə gəlməz oldun, nə gəlməz oldun

Ümidlər, arzular pərən-pərəndir
Qəlbə təsəllidir xatirələrim
Bir halımı soruş, könlümü dindir
Axşamlar yadıma düşür səhərim

Qayıt, mənim gülüm, yerbəyer eylə
Dərdli səhərləri, gecələri sən
Qayıt, yerinə qoy Ayı, Günəşi
Qayıt, gözüm nuru, könlüm atəşi
Qayıt, sahmana sal bu kainatı
Nə gəlməz oldun, nə gəlməz oldun
Nə gəlməz oldun, nə gəlməz oldun



Credits
Writer(s): əli Kərim, Oqtay Kazımi
Lyrics powered by www.musixmatch.com

Link