Necə Əl Çəkim

Ah, mən gündən-günə bu gözəlləşən
İşıqlı dünyadan necə əl çəkim?
Ah, mən gündən-günə bu gözəlləşən
İşıqlı dünyadan necə əl çəkim?
Bu yerlə çarpışan, göylə əlləşən
Dostdan, aşinadan necə əl çəkim?
Bu yerlə çarpışan, göylə əlləşən
Dostdan, aşinadan necə əl çəkim?

Həyat dedikləri bu keşməkeşdən
Köksümdə, qanımda yanan atəşdən
Həyat dedikləri bu keşməkeşdən
Köksümdə, qanımda yanan atəşdən
Gecədən, gündüzdən, Aydan, Günəşdən
Bu qəmgin fəzadan necə əl çəkim?
Gecədən, gündüzdən, Aydan, Günəşdən
Bu qəmgin fəzadan necə əl çəkim?
Necə, necə əl çəkim mən?
Necə, necə əl çəkim mən?
Dostdan, aşinadan necə əl çəkim?
Necə əl çəkim?
Dostdan, aşinadan necə əl çəkim?
Bu yerlə çarpışan, göylə əlləşən
Dostdan, aşinadan necə əl çəkim?
Dostdan, aşinadan necə əl çəkim?



Credits
Writer(s): Cahangir Cahangirov, Mikayil Musfiq
Lyrics powered by www.musixmatch.com

Link