Küsərəm Səndən

Bilirsən ki, əzəldən yalanı sevmirəm mən
Neçə vaxtdır, aldadıb sən xətrimə dəyirsən
Dəli çay kimi çoşma, heç zaman həddi aşma
Sevginin xətrinə nə olar, yalan danışma
Tək səni sevdiyimdən
Heç bir söz demirəm mən
Bir də belə eyləsən
Küsərəm, vallah, səndən
Tək səni sevdiyimdən
Heç bir söz demirəm mən
Bir də belə eyləsən
Küsərəm, vallah, səndən

Əvvəl belə deyildin, dəyişmisən büsbütün
Artıq bir vərdiş olub yalan vədlər sən üçün
Çox qalxma bəmdən zilə
Sözünü vermə yelə, əvvəl düşün, sonra din
Söz verdin, əməl eylə
Tək səni sevdiyimdən
Heç bir söz demirəm mən
Bir də belə eyləsən
Küsərəm, vallah, səndən
Tək səni sevdiyimdən
Heç bir söz demirəm mən
Bir də belə eyləsən
Küsərəm, vallah, səndən

Hər vaxt evə dönəndə
Bu nə adətdir səndə?
Vurnuxursan həmişə bəhanələr içində
Sözün ötəri külək, sən mənə gəlmə kələk
Elə etmə, bir səhər həsrəti sevindirək
Tək səni sevdiyimdən
Heç bir söz demirəm mən
Bir də belə eyləsən
Küsərəm, vallah, səndən
Tək səni sevdiyimdən
Heç bir söz demirəm mən
Bir də belə eyləsən
Küsərəm, vallah, səndən

Tək səni sevdiyimdən
Heç bir söz demirəm mən
Bir də belə eyləsən
Küsərəm, vallah, səndən
Tək səni sevdiyimdən
Heç bir söz demirəm mən
Bir də belə eyləsən
Küsərəm, vallah, səndən
Tək səni sevdiyimdən
Heç bir söz demirəm mən
Bir də belə eyləsən
Küsərəm, vallah, səndən
Tək səni sevdiyimdən
Heç bir söz demirəm mən
Bir də belə eyləsən
Küsərəm, vallah, səndən



Credits
Writer(s): Ismayıl Dadaşov, Oqtay Rəcəbov
Lyrics powered by www.musixmatch.com

Link