Millət Necə Tarac Olur, Olsun

Millət necə tarac olur, olsun, nə işim var?
Düşmənlərə möhtac olur, olsun, nə işim var?
Millət necə tarac olur, olsun, nə işim var?
Düşmənlərə möhtac olur, olsun, nə işim var?
Qoy mən tox olum, özgələr ilə nədir karım?

Qoy mən tox olum, özgələr ilə nədir karım?
Dünyavü cahan ac olur olsun, nə işim var?
Dünyavü cahan ac olur olsun, nə işim var?
Səs salma, yatanlar ayılar, qoy hələ yatsın

Yatmışları razı deyiləm kimsə oyatsın
Yatmışları razı deyiləm kimsə oyatsın
Tək-tək ayılan varsa da, həq dadına çatsın
Mən salim olum, cümlə cahan batsa da, batsın
Mən salim olum, cümlə cahan batsa da, batsın

Övladi-vətən qoy hələ avarə dolansın
Çirkabi-səfalətlə əli, başı bulansın
Övladi-vətən qoy hələ avarə dolansın
Çirkabi-səfalətlə əli, başı bulansın
Dul övrət isə sailə olsun, oda yansın

Dul övrət isə sailə olsun, oda yansın
Ancaq mənim avazeyi-şənim ucalansın
Ancaq mənim avazeyi-şənim ucalansın
Səs salma, yatanlar ayılar, qoy hələ yatsın

Yatmışları razı deyiləm kimsə oyatsın
Yatmışları razı deyiləm kimsə oyatsın
Tək-tək ayılan varsa da, həq dadına çatsın
Mən salim olum, cümlə cahan batsa da, batsın
Mən salim olum, cümlə cahan batsa da, batsın

Hər millət edir səfheyi-dünyadə tərəqqi
Eylər hərə bir mənzili məvadə tərəqqi
Hər millət edir səfheyi-dünyadə tərəqqi
Eylər hərə bir mənzili məvadə tərəqqi
Yorğan-döşəyimdə düşə gər yadə tərəqqi

Yorğan-döşəyimdə düşə gər yadə tərəqqi
Biz də edərik aləmi-röyadə tərəqqi
Biz də edərik aləmi-röyadə tərəqqi
Millət nесə tarac olur, olsun, nə işim var?
Düşmənlərə möhtac olur, olsun, nə işim var?
Millət necə tarac olur, olsun, nə işim var?
Düşmənlərə möhtac olur, olsun, eh, nə işim var?



Credits
Writer(s): Hökümə Bülluri, Mirzə ələkbər Sabir
Lyrics powered by www.musixmatch.com

Link