Gəlsən Də, Gəlməsən Də

Sevdim səni, sevdim deyə
Sonda yalnız qaldım niyə?
Bir kəsim yox gözləməyə
Daha gəlsən, gəlməsən də
Kim kəsildi bizə qənim?
Nələr çəkdi başım mənim?
Quruyub göz yaşım mənim
Daha silsən, silməsən də
Bir xatirə qaldı səndən
Gözümdə nəm, saçımda dən
Bu eşq bitdi, sən qəlbimdə
Daha ölsən, ölməsən də
Bu eşq bitdi, sən qəlbimdə
Daha ölsən, ölməsən də

Kimi gördün, söylə, kimi?
Səni sevən mənim kimi
İndi gecdir sən qədrimi
Daha bilsən, bilməsən də
Elə getdin, gəlməz oldun
Öldüm, qaldım, bilməz oldun
Bir də üzüm gülməz oldu
Daha gülsən, gülməsən də
Bir xatirə qaldı səndən
Gözümdə nəm, saçımda dən
Bu eşq bitdi, sən qəlbimdə
Daha ölsən, ölməsən də
Ah, bu eşq bitdi, sən qəlbimdə
Daha ölsən, ölməsən də



Credits
Writer(s): Baba Vəziroğlu, Kamal Kamal
Lyrics powered by www.musixmatch.com

Link