Yenə Yaz Gələcək

Bu xəzan bitəcək
İnan, gün gələr
Dağlar, dərələr
Açar gül-çiçək
Yenə yaz gələcək
Son ayrılıq salan
Bizi soyudan
Qar əriyəcək
Dözsən bir az da
Yenə yaz gələcək
Sevda mövsümü
Durnalarla qayıdacaq yenə
Hər şeyə dözən sevgiləri
Oyadacaq yenə
Səni görüb mən yenidən
Könül verəcəyəm
Bir kimsəm yox səndən başqa
Səni sevəcəyəm
Bu payızı yıxa bilsək
Yenə yaz gələcək
Bircə qışdan çıxa bilsək
Hər şey düzələcək

Bu duman çəkilər
İnan, gün gələr
Bizi ayıran qara şübhələr
Yox olar kölgələr
Sən yazı gözləmə
Gəlsin, gəlməsin
İnan sevgiyə, sənin qəlbində
Tək ümid ölməsin
Sevda mövsümü
Durnalarla qayıdacaq yenə
Hər şeyə dözən sevgiləri
Oyadacaq yenə
Səni görüb mən yenidən
Könül verəcəm
Bir kimsəm yox səndən başqa
Səni sevəcəyəm
Bu payızı yıxa bilsək
Yenə yaz gələcək
Bircə qışdan çıxa bilsək
Hər şey düzələcək

Bu payızı yıxa bilsək
Yenə yaz gələcək
Bircə qışdan çıxa bilsək
Hər şey düzələcək
Bircə qışdan çıxa bilsək
Hər şey düzələcək
Bircə qışdan çıxa bilsək
Hər şey düzələcək



Credits
Writer(s): Baba Vəziroğlu, Kamal Kamal
Lyrics powered by www.musixmatch.com

Link