Qayınanalar Sağlığına

Dost evində toy məclisi qurmuşuq
Lap ürəkdən əla şərab vurmuşuq
Biz oynayıb cavanları yormuşuq
Qocaların havasını çaldıraq

Kim böyüdüb sevdiyimiz qızları?
Qız böyüyüb eşqə salıb bizləri

Kim böyüdüb sevdiyimiz qızları?
Qız böyüyüb eşqə salıb bizləri
Badəmizi şahid olsun özləri
Qayınanalar sağlığına qaldıraq
Badəmizi şahid olsun özləri
Qayınanalar sağlığına qaldıraq

Bu sağlıqdan inciməsin bir anam
Hər anamız bir oğula qayınana
Qıyma, plov, alma, üzüm bir yana
Toy evini gül-çiçəklə dolduraq

Kim böyüdüb sevdiyimiz qızları?
Qız böyüyüb eşqə salıb bizləri

Kim böyüdüb sevdiyimiz qızları?
Qız böyüyüb eşqə salıb bizləri
Badəmizi şahid olsun özləri
Qayınanalar sağlığına qaldıraq
Badəmizi şahid olsun özləri
Qayınanalar sağlığına qaldıraq

Gör nə gözəl qismət düşüb payına
Sevgililər qoşa gəlib toyuna
Subay çoxdur, çatmaz payız ayına
Toyu qışa, bahara da saldıraq

Kim böyüdüb sevdiyimiz qızları?
Qız böyüyüb eşqə salıb bizləri

Kim böyüdüb sevdiyimiz qızları?
Qız böyüyüb eşqə salıb bizləri
Badəmizi şahid olsun özləri
Qayınanalar sağlığına qaldıraq
Badəmizi şahid olsun özləri
Qayınanalar sağlığına qaldıraq
Qayınanalar sağlığına qaldıraq
Qayınanalar sağlığına qaldıraq
Qayınanalar sağlığına qaldıraq



Credits
Lyrics powered by www.musixmatch.com

Link