Nə Deyirəm, Bəyənmirsən

Baxışına yazmı deyim?
Sözünə ayazmı deyim?
Tufan saldın qəlb evinə
Bu nə işvə, nazmı deyim?
Neyləmişəm, bu mən, bu sən
Açammadım, necə sirsən?
Hər işimə söz axtarıb
Nə deyirəm, bəyənmirsən
Hər işimə söz axtarıb
Nə deyirəm, bəyənmirsən

Əlində xına gəlmədi
Bir dost aşına gəlmədi
Hamıya xoş olan canım
Sənin xoşuna gəlmədi
Neyləmişəm, bu mən, bu sən
Açammadım, necə sirsən?
Hər işimə söz axtarıb
Nə deyirəm, bəyənmirsən
Hər işimə söz axtarıb
Nə deyirəm, bəyənmirsən

Yüz yol durub-oturmusan
Ürəyimə od vurmusan
Haçandan düşmən olmuşuq?
Elə qəsdimə durmusan
Neyləmişəm, bu mən, bu sən
Açammadım, necə sirsən?
Hər işimə söz axtarıb
Nə deyirəm, bəyənmirsən
Hər işimə söz axtarıb
Nə deyirəm, bəyənmirsən

Bağçalar barı neyləyər?
Heyvanı, narı neyləyər?
Sənin kimi yarı olan
Daha əğyarı neyləyər?
Neyləmişəm, bala, bu mən, bu sən
Açammadım, necə sirsən?
Hər işimə söz axtarıb
Nə deyirəm, bəyənmirsən
Hər işimə söz axtarıb
Nə deyirəm, bəyənmirsən
Nə deyirəm, bəyənmirsən
Nə deyirəm, bəyənmirsən
Eh, nə deyirəm, bəyənmirsən



Credits
Lyrics powered by www.musixmatch.com

Link