Pəncərəmə Qondu Çiçək

Pəncərəmə qondu çiçək
O çiçək səndin, dinləndi ağ ləpələr
Əsən külək, dinən külək
Coşan külək səndin
Pəncərəmə qondu çiçək
O çiçək səndin, dinləndi ağ ləpələr
Əsən külək, dinən külək
Coşan külək səndin
Ulduzların gözləri ilə
Gördüm səni gecəyarı
Dalğaların sözləri ilə
Dindi könül arzuları
Dindi könül arzuları
Aylar keçər, il dolanar
Yenə qəlbim səni anar
Aylar keçər, il dolanar
Yenə qəlbim səni anar

Yollarına doğdu Günəş
O Günəş səndin, parladı al şəfəqlər
Ürəyimdə yandı atəş
O gur atəş səndin
Yollarına doğdu Günəş
O Günəş səndin, parladı al şəfəq
Ürəyimdə yandı atəş
O gur atəş səndin
Ulduzların gözləri ilə
Gördüm səni gecəyarı
Dalğaların sözləri ilə
Dindi könül arzuları
Dindi könül arzuları
Aylar keçər, il dolanar
Yenə qəlbim, səni anar
Aylar keçər, il dolanar
Yenə qəlbim səni anar

Ulduzların gözləri ilə
Gördüm səni gecəyarı
Dalğaların sözləri ilə
Dindi könül arzuları
Dindi könül arzuları
Aylar keçər, il dolanar
Yenə qəlbim səni anar
Aylar keçər, il dolanar
Yenə qəlbim səni anar



Credits
Lyrics powered by www.musixmatch.com

Link