Nağıl Gecəm

Bir gecədə, bir anda
Acı gerçək görüşdü
Bu gecənin bağrına
İsti bir damcı düşdü
Bir gecədə, bir anda
Acı gerçək görüşdü
Bu gecənin bağrına
İsti bir damcı düşdü
Dövran dönür, vaxt keçir
Səhərə də az qalır
İndi gecələrim də
Mənimlə yalqız qalır
Sən yoxsan, bu günümə
Rişxənd edir dünənim
Min bir gecə gəlsə də
Nağılım gəlmir mənim
Sən yoxsan, bu günümə
Rişxənd edir dünənim
Min bir gecə gəlsə də
Nağılım gəlmir mənim

Dedim: "Dağıl, a dünyam"
Dağıl, tez dağıl, gecəm
Sən dünyadan köçmüsən
Qəlbimə nağıl gecəm
Dedim: "Dağıl, a dünyam"
Dağıl, tez dağıl, gecəm
Sən dünyadan köçmüsən
Qəlbimə nağıl gecəm
Sən indi bu günümlə
Gedə bilməzsən yola
Ürəyimdə yaşarsan
Təəssüflə qol-qola
Sən yoxsan, bu günümə
Rişxənd edir dünənim
Min bir gecə gəlsə də
Nağılım gəlmir mənim
Sən yoxsan, bu günümə
Rişxənd edir dünənim
Min bir gecə gəlsə də
Nağılım gəlmir mənim
Nağılım gəlmir mənim
Nağılım gəlmir mənim
Nağılım gəlmir mənim



Credits
Lyrics powered by www.musixmatch.com

Link