Popurri: Gülə-Gülə

Gülüşlərin cingildəsin saz kimi
Hər tərəfə yayılsın avaz kimi
Sən güləndə könül gülür yaz kimi
Gülə-gülə, gülə-gülə, ay xanım
Gülə-gülə, gülə-gülə al canım
Gülə-gülə, gülə-gülə, ay xanım
Gülə-gülə, gülə-gülə al canım

Yasəmənlər açıb çiçəklənəndə
Bənövşələr küsüb boynun əyəndə
Şeh düşübən güllər də şehlənəndə
Gülə-gülə, gülə-gülə, ay xanım
Gülə-gülə, gülə-gülə al canım
Gülə-gülə, gülə-gülə, ay xanım
Gülə-gülə, gülə-gülə al canım

İkisi bir boyda gəzən gözəllər
Toyda, mağarda süzən gözəllər
İkisi bir boyda gəzən gözəllər
Toyda, mağarda süzən gözəllər
Hər sözə bir söz düzən gözəllər
Adı dillərdə gəzən gözəllər
Hər sözə bir söz düzən gözəllər
Adı dillərdə gəzən gözəllər
Eyvana çıxdım, gördüm, yar gəlir
Dağlar maralı o maral gəlir

Eyvana çıxdım, gördüm, yar gəlir
Dağlar maralı o maral gəlir
Başına örtmüş xara şal gəlir
Yanağı üstə qara xal gəlir
Başına örtmüş xara şal gəlir
Yanağı üstə qara xal gəlir

Aşıq, gərək, deyə sözün düz-düzə
Aşıqlar kimi duraq üz-üzə
Aşıq, gərək, sözün deyə düz-düzə
Aşıqlar kimi duraq üz-üzə
Hörüklü saçlar tökülsün dizə
Hərdən bir üzlər dəysin göz-gözə
Hörüklü saçlar tökülsün dizə
Hərdən bir üzlər dəysin göz-gözə
Eyvana çıxdım, gördüm, yar gəlir
Dağlar maralı o maral gəlir

Eyvana çıxdım, gördüm, yar gəlir
Dağlar maralı o maral gəlir
Başına örtmüş xara şal gəlir
Yanağı üstə qara xal gəlir
Başına örtmüş xara şal gəlir
Yanağı üstə qara xal gəlir
Başına örtmüş xara şal gəlir
Yanağı üstə qara xal gəlir
Başına örtmüş xara şal gəlir
Yanağı üstə qara xal gəlir

Dişlərin incidəndir
Dürdəndir, incidəndir
Dişlərin incidəndir
Dürdəndir, incidəndir
Özün əcəb gözəlsən
Dilin can incidəndir
Özün əcəb gözəlsən
Dilin can incidəndir
İncidəndir, incidəndir
Dilin can incidəndir
İncidəndir, incidəndir
Dilin can incidəndir
Dilin, dilin, dilin can incidəndir
Sənin dilin yaman can incidəndir

Eyvan güllü olaydı
Gül sünbüllü olaydı
Eyvan güllü olaydı
Gül sünbüllü olaydı
Kaş ki sevdiyim gözəl
Şirin dilli olaydı
Kaş ki sevdiyim gözəl
Şirin dilli olaydı
Şirin dilli, şirin dilli
Şirin dilli olaydı
Şirin dilli, şirin dilli
Şirin dilli olaydı
Dilin, dilin, dilin can incidəndir
Sənin dilin yaman can incidəndir
Dilin, dilin, dilin can incidəndir
Sənin dilin yaman can incidəndir
Dilin, dilin, dilin can incidəndir
Sənin dilin yaman can incidəndir
Dilin, dilin, dilin can incidəndir
Sənin dilin yaman can incidəndir



Credits
Writer(s): Aşıq ələsgər, Fikrət Qoca, Polad Bülbüloglu, Xalq Mahnısı
Lyrics powered by www.musixmatch.com

Link