Aşıq Popurrisi 2

Sevgilim, sən maral kimi
Süzməyi kimdən öyrəndin?
Sevgilim, sən maral kimi
Gəzməyi kimdən öyrəndin?
Ay qabağa cığa telli
Düzməyi kimdən öyrəndin?
Ay qabağa cığa telli
Düzməyi kimdən öyrəndin?

Mən sevirəm Zərnişanı
Onda var gülün nişanı
Mən sevirəm Zərnişanı
Onda var gülün nişanı
Sağ əlinlə bənövşəni
Üzməyi kimdən öyrəndin?
Sağ əlinlə bənövşəni
Üzməyi kimdən öyrəndin?
Ay, öyrəndin, can öyrəndin
Süzməyi kimdən öyrəndin?
Ay, öyrəndin, can öyrəndin
Süzməyi kimdən öyrəndin?

Dil aç, telli sazım, Şirvan elindən
Dil aç, telli sazım, Şirvan elindən
Dur gedək, Qazağa bir salam verək
Gəl gedək, Qazağa bir salam verək
Vaqiflə bir yerdə Cıdır düzündən
Vaqiflə bir yerdə Cıdır düzündən
Gözəl Qarabağa bir salam verək
Bizim Qarabağa bir salam verək

Ötək pərdə-pərdə, verək səs-səsə
Ötək pərdə-pərdə, verək səs-səsə
Ürək şad olarmı, deyib gülməsə?!
Könül şad olarmı, deyib gülməsə?!
Vurğun gəzən yeri bizə kim desə

Vurğun gəzən yeri bizə kim desə
Əhməd, o yerlərə bir salam verək
Əhməd, o torpağa bir salam verək
Ay ölləm, ölürəm, hey
Ay ölləm, yanıram, hey
Hey, hey, hey, hey, hey

Bu gecə toy gecəsi
Üzü gülür dostların
Təbrikə gəlib sizi
Qohumların, yadların
Yayılsın qoy hər yana
Oxunan toy nəğməsi
Yayılsın qoy hər yana
Oxunan toy nəğməsi
Çalaq qara zurnada
Ruhani döndərməsi
Çalaq qara zurnada
Ruhani döndərməsi

Sevinir həm anası
Sevinir həm atası
Yaxılıbdır əllərə
Toyun əlvan xınası
Qoy gəlsin oynamağa
Oğlan dəsi, qız dəsi

Qoy gəlsin oynamağa
Oğlan dəsi, qız dəsi
Çal, aşıq, telli sazda
Ruhani döndərməsi
Çal, aşıq, telli sazda
Ruhani döndərməsi
(Bəh-bəh-bəh)

Budur, gəldi bahar fəsli
Budur, gəldi bahar fəsli
Açılıbdır lalə, nərgiz
Açılıbdır lalə, nərgiz

Ağız süddür, dodaq qaymaq
Süddür ağız, dodaq qaymaq
Dilin batıb bala, Nərgiz
Dur, sal məni yola, Nərgiz
Ay Nərgiz, can Nərgiz
Ay Nərgiz, can Nərgiz
Can sənə qurban, Nərgiz
Mən sənə hеyran, Nərgiz

Əlimi vermişəm ələ
Əlimi vermişəm ələ
Canım qurban fitnə-felə
Canım qurban fitnə-fеlə

Şəbnəm kimi incə belə
Şəbnəm kimi incə belə
Tut qolundan, dola, Nərgiz
Tut qolundan, dola, Nərgiz
Ay Nərgiz, can Nərgiz
Ay Nərgiz, can Nərgiz
Can sənə qurban, Nərgiz
Mən sənə heyran, Nərgiz

Kök üstə budağı neçədir, bildim
Budaqda yarpağı neçədir, bildim
Salxımı, saçağı neçədir, bildim
Bu yaşıl ağacın altı bizimdir
Bu yaşıl ağacın altı bizimdir
Bu yaşıl ağacın altı bizimdir
Bu yaşıl ağacın altı bizimdir

Bu sevgi, bu layla, bu beşik bizim
Çəkər növbəmizi bu keşik bizim
Nəyimizə lazımdır ev-eşik bizim?
Nəyimizə lazımdır ev-eşik bizim?
Bu yaşıl ağacın altı bizimdir
Bu yaşıl ağacın altı bizimdir
Bu yaşıl ağacın altı bizimdir
Bu yaşıl ağacın altı bizimdir
Bu yaşıl ağacın altı bizimdir
Bu yaşıl ağacın altı bizimdir
Bu yaşıl ağacın altı bizimdir
Bu yaşıl ağacın altı bizimdir



Credits
Writer(s): əhməd Rüstəmov, Hüseyn Cavan, şakir Hacıyev, Xalq Mahnısı, Zəlimxan Yaqub, Zəlimxan Yaqubov
Lyrics powered by www.musixmatch.com

Link