Özün Günahkarsan

İllər boyu həsrətimi duymaz oldun
İllər boyu kədərimi bölmədin də
Çox vaxt güldüm ağlayaraq için-için
Bircə sözlə göz yaşımı silmədin də
Soyuqluğun buz olanda yanağımda
Nəfəsinlə başqasını isitmisən
Sənsizliklə yaşadıqca otağımda
Sən də məni bir otaqda itirmisən
Bəs bilmirdin, həsrətinlə ürəyimə
Həsrətinin əvəzinə daş asırsan?
Bəs bilmirdin, özün mənə yad olduqca
Mənimçün də yavaş-yavaş yadlaşırsan?
Soyuqluğun buz olanda yanağımda
Nəfəsinlə başqasını isitmisən
Sənsizliklə yaşadıqca otağımda
Sən də məni bir otaqda itirmisən
Yad baxışlar dikilibdir gözlərinə
Sənsə mənə peşman qəlb gətirmisən
Necə verim sabahımı, necə sənə?
Sən ki mənim dünənimi itirmisən
Nə deyim, nə? Bir ummandın mənim üçün
Heç xəbərin olubmudur ürəyimdən?
Damla kimi yaşadıqca özgə qəlbdə
Gözlərimdən damla-damla süzülmüsən
Bəs bilmirdin, unutdun bu gününü
Bir gün yenə bu ocağa dönəcəksən?
Bəs bilmirdin, dodaqlarda alışanda
Mənim üçün ürəyimdə sönəcəksən?
Nə deyim, nə? Günahını qaytar mənə
Ürəyimdə yanar bir od söndürmüsən
Damla kimi yaşadıqca özgə qəlbdə
Gözlərimdən damla-damla süzülmüsən
Bəs bilmirdin, həsrətinlə ürəyimə
Həsrətinin əvəzinə daş asırsan?
Bəs bilmirdin, özün mənə yad olduqca
Mənimçün də yavaş-yavaş yadlaşırsan?
Soyuqluğun buz olanda yanağımda
Nəfəsinlə başqasını isitmisən
Sənsizliklə yaşadıqca otağımda
Sən də məni bir otaqda itirmisən
Deyirsən ki, dəyişmişəm, yadlaşmışam
Səsimdə də bir ögeylik duydun mənim
Unutma ki, unutma ki, ögeyliyim, yadlaşmağım
Həm günahın, həm cəzandır indi sənin
Həm günahın, həm cəzandır indi sənin
Özün günahkarsan... Özün günahkarsan
Günahkarsan



Credits
Lyrics powered by www.musixmatch.com

Link