Ana

Şu bürüşmüş əllərində göydən enmiş bir qüvvət var
Nə zaman ki xəstə könlüm ölgün düşüb inlər, ağlar
Fırtınalı göylərimi yıxmaq istər ildırımlar
Nə zaman ki qərib ruhum yad ellərdən cana doyar
Sən o zaman yetişərsən
Bir risalət qüvvəsi ilə, bir analıq ürəyi ilə
Nədir, Allah üçün söylə
Bu ərənlər silahını kimdən aldın, anlat böylə?
Mehriban anam, ey əziz anam
Bəzən olur, həyatımın dağlarını duman alır
O gün sənin titrək laylan yollarıma işıq salır
Sənin məmnun olduğun gün ruhum məndən məmnun qalır
İnandım ki, cənnət sənin ayaqların altındadır
Ağıldan da əvvəl mənə sən verdiyin o təmiz süd
Vicdanıma dinlətdiyin o səmimi, o saf öyüd
Müqəddəsdir, gücün varsa, insan oğlu, gəl də unut
Mehriban anam, ey əziz anam
Mehriban anam, ey əziz anam



Credits
Writer(s): Aygün Bəylər
Lyrics powered by www.musixmatch.com

Link