Sevirəm Səni

Sən elimizin nazlı gözəli
Səni xoş yaratmış xilqətin əli
Ağlın dəryalarca, sözün məzəli
Bu azad cahanda sevirəm səni
Ay gülüm, bu azad cahanda sevirəm səni
Mənə deməsinlər, naşıyam, naşı
Min gözəl sevmədim hər qədəm başı
İnan, ey könlümün dostu, sirdaşı
Sadiqəm bu anda, sevirəm səni
Ay gülüm, sadiqəm bu anda, sevirəm səni
Yurdum başdan-başa güldür, çiçəkdir
Sənin hüsnün kimi o da göyçəkdir
Günlər bir-birindən xoş gələcəkdir
Bu azad dövranda sevirəm səni
Ay gülüm, bu azad dövranda sevirəm səni



Credits
Lyrics powered by www.musixmatch.com

Link