Sənsiz Niyə Gərəkdir

Sona düşür göllərə
Seyrə çıxaq çöllərə
Gəl qucaq-qucaq gül-çiçək yığaq
Düzək qara tellərə
Çöllər gör nə qəşəngdir
Gülləri rəngbərəngdir
Bu yaşıl çəmən, lalə, yasəmən
Sənsiz niyə gərəkdir?
Sən gəzməyə çıxanda
Bizim ana Muğanda
Qönçələr açır, ətrini saçır
Təzə güllər hər yanda
Çöllər gör nə qəşəngdir
Gülləri rəngbərəngdir
Bu yaşıl çəmən, lalə, yasəmən
Sənsiz niyə gərəkdir?

Güllər bənzəyir sənə
O gülümsər çöhrənə
Buna görə də dağ da, dərə də
Güllər xoş gəlir mənə
Çöllər gör nə qəşəngdir
Gülləri rəngbərəngdir
Bu yaşıl çəmən, lalə, yasəmən
Sənsiz niyə gərəkdir?
Qoşulub min gözələ
Gəzməyə çıxsan çölə
Gözü bağlı mən sənin ətrindən
Taparam qara gilə

Çöllər gör nə qəşəngdir
Gülləri rəngbərəngdir
Bu yaşıl çəmən, lalə, yasəmən
Sənsiz niyə gərəkdir?



Credits
Lyrics powered by www.musixmatch.com

Link