Mübarək Deyin

Biz elçiyik bir gülə
Gəlmişik gülə-gülə
Qonşular, siz də mübarək deyin
Oğlan dönüb bülbülə
Qız susur bilə-bilə
Qonşular, siz də mübarək deyin
Oğlumuz şirindil
Qızımız qızılgül
Ay quda, yaxın gəl
Gəl, deyək mübarək!
Oğlumuz şirindil
Qızımız qızılgül
Ay quda, yaxın gəl
Deyək mübarək!
Biz elçiyik bir gülə
Gəlmişik gülə-gülə
Qonşular, siz də mübarək deyin

Qız anası xanımdır
Bir dağdır qız atası
Qohumlar, siz də mübarək deyin
Dağdan ağır gəlibdir
Oğlanın öz atası
Qohumlar, siz də mübarək deyin
Oğlumuz şirindil
Qızımız qızılgül
Ay quda, yaxın gəl
Gəl, deyək mübarək!
Oğlumuz şirindil
Qızımız qızılgül
Ay quda, yaxın gəl
Deyək mübarək!
Biz elçiyik bir gülə
Gəlmişik gülə-gülə
Qonşular, siz də mübarək deyin

Oğlumuz şirindil
Qızımız qızılgül
Ay quda, yaxın gəl
Gəl, deyək mübarək!
Oğlumuz şirindil
Qızımız qızılgül
Ay quda, yaxın gəl
Deyək mübarək!
Biz elçiyik bir gülə
Gəlmişik gülə-gülə
Qonşular, siz də mübarək deyin
Biz elçiyik bir gülə
Gəlmişik gülə-gülə
Qohumlar, siz də mübarək deyin
Ay qız, toyun mübarək!
Oğlan, toyun mübarək!
Ay qız, toyun mübarək!
Oğlan, toyun mübarək!
Mübarək, mübarək, mübarək!



Credits
Lyrics powered by www.musixmatch.com

Link