İlk Görüş Yeri

İlk görüşlər kövrək olar təzə gül kimi
Sevənlərə örpək olar göylər tül kimi
Gecə keçər, ulduz sönər, sökər dan yeri
Ürəklərə köçüb gedər ilk görüş yeri
Bir budaqda iki çiçək açılar qoşa
Bir sinədə iki ürək verər baş-başa

İlk görüşün yeri-yurdu bilinməz olar
İlk görüşlər ürəklərdə silinməz olar
Yellər ötər sevənlərin telinin səssiz
Ürəklərdə məhəbbətin dilinin səssiz
Bir budaqda iki çiçək açılar qoşa
Bir sinədə iki ürək verər baş-başa
Bir budaqda iki çiçək açılar qoşa
Bir sinədə iki ürək verər baş-başa

Oğlan susar, baxışlarla söz başlanar
Qız danışmaz, gözəlliyin nazı başlanar
Bu naz ilə nəğmələşər ilk görüş yeri
Həmişəlik doğmalaşar ilk görüş yeri
Bir budaqda iki çiçək açılar qoşa
Bir sinədə iki ürək verər baş-başa
Bir budaqda iki çiçək açılar qoşa
Bir sinədə iki ürək verər baş-başa
Verər baş-başa
A-a-a-a-a-a, a-a-a-a-a
A-a-a-a-a, a-a-a-a-a
A-a-a-a-a, a-a-a-a-a
İlk görüşlər ürəklərdən silinməz olar



Credits
Lyrics powered by www.musixmatch.com

Link