Kor Ərəbin Mahnısı

Nə eşq olaydı, nə aşiq
Nə nazlı afət olaydı
Nə xəlq olaydı, nə xaliq
Nə eşqi-həsrət olaydı
Nə dərd olaydı, nə dərman
Nə sur olaydı, nə matəm
Nə aşiyaneyi-vüslət
Nə bari firqət olaydı

Könüldə nuri-məhəbbət
Gözümdə pərdeyi-zülmət
Nə nur olaydı, nə zülmət
Nə böylə xilqət olaydı!

Ya rəb... Ya rəb, bəlayi-eşq ilə qıl aşina məni
Bir dəm... Bir dəm bəlayi-eşqdən etmə cüda məni
Az eyləmə inayətini əhli-dərddən
Az eyləmə inayətini əhli-dərddən
Yəni ki, çox bəlalərə qıl mübtəla məni, məni

Olduqca mən götürmə bəladan iradətim
Mən istərəm bəlanı
Mən istərəm bəlanı, çün istər bəla məni
Təmkinimi... Ay yar
Təmkinimi bəlayi-məhəbbətdə qılma süst
Ta dust tən edib deməyə bivəfa məni
Tükəndi taqəti-səbrim
Ədalət, ədalət, ah ədalət
Yar

Nə öncə öylə səadət
Nə böylə zillət olaydı
Nə öncə öylə səadət
Nə böylə zillət olaydı
Nə böylə zillət olaydı
A-a-a-a-a, a-a-a-a
Hm... Hm... Hm
Yar



Credits
Lyrics powered by www.musixmatch.com

Link